Bakının Binəqədi rayonunda baş verən yanğına 15 texnika cəlb olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi polkovnik Rəşad Nəsirov məlumat verib.

Qeyd olunub ki, hər mərtəbəsi 120 kvadratmetrdən ibarət olan ikimərtəbəli obyektdə yanğın mansarddan başlayıb.

Yanğının digər binalara keçməsinin qarşısı alınıb.

"Yanğının baş vermə səbəbləri araşdırılır. Hadisə zamanı xəsarət alan olmayıb", - deyə FHN rəsmisi bildirib.