Türkiyənin Biləcik vilayətinin Kiçikalmalı kəndində həyətinə kartof əkən Ramazan Meşə, kartof yarpaqlarında pomidor görüb heyrətə gəlib.

Ramazan Meşə, “Həyətimizə həyat yoldaşımla birgə kartof və digər tərəvəzlər əkmişdik. Kartoflarımız böyüməyə başlayandan sonra, kartof yarpaqlarında pomidorları görüb təəccübləndik. Məsələni kəndlilərimizdən bir neçəsinə deyəndə son zamanlar bu bölgədə kartoflardan pomidor çıxdığını söylədilər. Gördüyümüz mənzərə qarşısında çaş-baş qaldığımız halda, kartof yarpaqlarında çıxan tərəvəz yaşıl, hələ yetişməmiş pomidordu” deyib.

 

Mehman Nəbiyev