Federal Ehtiyat Sisteminin (FED) ABŞ iqtisadiyyatını gücləndirmək üçün uçot dərəcəsini artırmayacağına dair ümidlər neft qiymətlərini bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 3 sent bahalaşaraq 88,58 ABŞ dolları olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 9 sent artaraq 85,64 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova