İranın Fars körfəzinə qonşu Buşehr əyalətinin Aseluye şəhəri sahillərində Panama bayrağı altında üzən "White Pearl" tankerində yanğın baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran televiziyası məlumat yayıb.

Məlumata görə, Aseluye Limanının müdiri İmran Muradpur qeyd edib ki, 40 min ton yük daşıyan Panama bayraqlı LPG tankerinin mühərrik hissəsi yerli vaxtla saat 15:30 radələrində yanıb.

Muradpur gəmi kapitanının liman rəhbərliyindən tələbi ilə hadisə yerinə yanğınsöndürən və xilasedici qrupların göndərildiyini, gəminin 22 ekipaj üzvünün xilas edildiyini bildirib.