"Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan indiyədək Estoniyada 1,3 mindən çox ukraynalı hərbçi təlim keçib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın ERR dövlət televiziya və radio portalı məlumat yayıb.

Estoniya Müdafiə Nazirliyinin sözçüsü Roland Murof mövzu ilə bağlı bildirib: "Müharibə başlayandan bəri biz 1300-dən çox ukraynalı əsgərə təlim keçmişik. Bu, əsasən hərbi personal üçün əsas təlim, həmçinin artilleriyaçılar, snayperlər və kiber qoşunlar üçün təlimdir".

Qeyd edilib ki, ukraynalılar Estoniyadakı hərbi hissələrdə Respublika Müdafiə Qüvvələrinin müxtəlif bölmələrinin təlimatçılarının iştirakı ilə təlim keçirlər. Komandanlığın əlavə edib ki, bilik və təcrübə mübadiləsi təlim kurslarının mühüm tərkib hissəsi olub.