Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenlə Qarabağ ətrafındakı vəziyyəti və Cənubi Qafqazda sabitliyin pozulmasının qarşısının alınmasının vacibliyini müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mirzoyan "X"də paylaşım edib.

“ABŞ-nin dövlət katibi Antoni Blinkenlə söhbət etdik. O, Azərbaycanın Qarabağa qarşı genişmiqyaslı "təcavüzünün dayandırılması" və "zorakılığın qarşısının alınması" üçün təcili beynəlxalq müdaxilənin zəruriliyini vurğuladı”, - erməni diplomat yazıb.

"Cənubi Qafqazda sabitliyi pozmağa yönəlmiş bütün cəhdlərin qarşısı alınmalıdır", - Mirzoyan əlavə edib.