ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla "humanitar böhran" yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.

Əllərində Azərbaycan bayraqları və plakatlarla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasından ədalət tələb edirlər.

Dinc aksiya keçirən həmvətənlərimizə qarşı ermənilər təxribat törədiblər.

Bir neçə erməni əllərində plakatlar və qondarma bayraqlarla azərbaycanlılara hücum ediblər.

Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təzyiq göstəriblər.

Qarşıdurma davam edir. Bölgəyə Nyu-York polisləri gəlib.