Sosial şəbəkə platformalarının erməni seqmenti və erməni KİV-i Xankəndinin "blokadası", "ərzaq və dərman qıtlığı" ilə bağlı məlumatlar yayırlar. 

İqtisadiyyat.az "Faktyoxla Lab"a istinadən xəbər verir ki, bu cür saxta məlumat yayanlar sırasında Xankəndidə yaşayan bloger Marut Vanyan da var

Bloger Xankəndi apteklərindən birində boş vitrinləri çəkib və burada dərman "qıtlığı" yaşandığını bildirib. Lakin onun çəkdiyi vitrinin şüşəsinə düşən kölgələrdə iddiasının əsassız olduğu görünüb. Açıq-aydın görünür ki, vitrinin şüşəsində əks olunan üzbəüz vitrinlərdə kifayət qədər dərman preparatları var. 

Qeyd edək ki, buna bənzər ifşa daha öncə də qeydə alınıb. Bu ilin yanvar ayında erməni fəal Siranuş Sarqsyan Xankəndi mağazalarından birində boş vitrinlərin fotosunu yayaraq “ərzaq çatışmazlığı"na işarə etmişdi. Lakin mağazada boş vitrinlərin şüşəsində əks olunan mənzərə bu iddiaların əsassız olduğunu göstərib.