"Türkiyə təbii qazın ixracı ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün mərkəz yaratmağı planlaşdırır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə məlumat verib.

"İstanbuldakı beynəlxalq maliyyə mərkəzimizdən nümunə götürərək, London və Hamburqda təbii qaz təchizatı ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün mərkəz yaratmaq planlarımız var. Biz bu planı Rusiya ilə müzakirə edəcəyik", - deyə Ərdoğan vurğulayıb.

 

Gözəl Həşimova