Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti İshak Hersoq arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsi sosial media hesabında açıqlama verib.

Görüşdə İsrail və Fələstində baş verən hadisələr və bölgədəki gərginliklə bağlı son hadisələr müzakirə edilib.

Ərdoğan bütün regionun rifahı üçün sağlam düşüncə ilə hərəkət etmənin və bölgədə ən qısa zamanda əmin-amanlığın bərqərar olmasının vacibliyini bildirib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, Türkiyənin bölgədəki narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin edilməsi istiqamətində səyləri getdikcə daha da artacaq.