Türkiyə həm öz ərazisində, həm də ətraf bölgədə terrora tamamilə son qoymaq niyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu respublikanın lideri Rəcəb Tayyib Ərdoğan Ankarada hüquq-mühafizə orqanlarının nümayəndələri ilə iftar süfrəsində deyib. 

"Türkiyənin və bölgənin gələcəyində terrora yer olmadığını hər kəsə göstərməkdə qərarlıyıq. Son seçkilərdən sonra əzmimiz daha da güclənib. Bütün terror təşkilatları millətimizin düşmənidir", - Ərdoğan bildirib.

Türkiyə prezidenti daha əvvəl bəyan etmişdi ki, yayda respublika İraqla bütün sərhəd xəttini nəzarətə götürəcək və Suriyada terrorla mübarizə sahəsində işləri başa çatdıracaq.