Gündə 18-19 saat işlədiyini açıqlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son 3 ayda 9 ölkəyə səfər edib.

Bu barədə İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, Ərdoğan ölkə daxilində və xaricində bir çox kritik görüş və zirvə toplantılarına qatılıb. Bildirilib ki, prezident həm Türkiyədə, həm də xaricdə liderlik diplomatiyasını davam etdirib. Belə ki, Ərdoğan 3 ay ərzində Azərbaycan, ABŞ, Rusiya, Ukrayna, Fransa və Almaniya da daxil olmaqla 30-dan çox ölkənin dövlət və hökumət başçıları ilə görüşüb.

Ərdoğan regional və qlobal problemlərin həllində də fəal istirak edib. Belə ki, o, Rusiya-Ukrayna müharibəsinə son qoymaq, taxıl dəhlizinin yenidən fəaliyyətə başlaması, Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması, Fələstində daxili sülhün təmin edilməsi, Sudanda münaqişələrə son qoyulması məqsədilə tərəflərlə görüş keçirib.

 

Gözəl Həşimova