Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ müharibəsində şəhid olan Azərbaycan əsgərlərinin ailələri ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, Milli Müdafiə Universitetinin (MSÜ) Hərbi Akademiyasının Diplom və Bayraq Təqdimetmə Mərasimindən sonra keçirilən yığıncaqda Ərdoğan Azərbaycan şəhidlərinin ailələrini Prezident Administrasiyasında "30 Avqust Zəfər Günü"nə həsr olunmuş xüsusi konsertə dəvət edib.

Şəhid ailələrinin əllərini bir-bir sıxan Ərdoğan deyib: "Bütün şəhidlərimizə Allahdan rəhmət arzu edirəm".

Prezident Ərdoğan görüşdən sonra şəhid ailələri ilə xatirə şəkli çəkdirib.