Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində Ukrayna və Qəzza zolağında nizamlanma ilə bağlı açıqlamalar vermək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CNN TÜRK" məlumat yayıb.

Türkiyə prezidentinin Vaşinqtonda diqqət yetirmək niyyətində olduğu digər məsələ terrorla mübarizə olacaq. Məlumata görə, sammit çərçivəsində onun NATO ölkələrindən olan həmkarları ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə NATO-nun ən köhnə üzvlərindən biridir və alyansın ikinci ən böyük ordusuna malikdir.

 

Gözəl Həşimova