Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müsəlman Alimlər Heyətini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, Prezident Administrasiyasında təşkil edilən ziyafətdə Müsəlman Alimlər Birliyinin baş katibi Əli Muhyiddin əl-Karadagi və onu müşayiət edən nümayəndə heyəti, Türkiyənin Diyanət İşləri Başçısı Əli Ərbaş və İslam Düşüncə İnstitutunun prezidenti Prof. Dr. Mehmet Görmez də iştirak edib.