Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasına fasilə verib və Fələstin dövlət başçısı Mahmud Abbasla telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə İsrail və Fələstində baş verən hadisələr və bölgədəki gərginliklə bağlı son inkişaflar müzakirə edilib.

Görüş zamanı Ərdoğan bəyan edib ki, Türkiyə bölgədəki münaqişələrin tez bir zamanda sona çatması və sakitliyin təmin edilməsi üçün hər cür səy göstərir.