“Ermənistan tərəfindən bölgədə sülh və firavanlığa istiqamətlənmiş aydın yanaşma gözləyirik”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

“Azərbaycanlı qardaşlarımızı Qarabağda qazandığı qələbə münasibəti ilə bir daha təbrik edirik”, - Türkiyə lideri qeyd edib.