Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü respublikada keçiriləcək yerli seçkilərin yeni dövrün başlanğıcı olacağına ümid etdiyini bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə İstanbulda seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə bildirib.

"Ümid edirəm ki, seçkilərin nəticələri ölkəmiz və xalqımız üçün xeyirli olacaq və onun inkişafında yeni bir dövrün başlanğıcı olacaq", - Türkiyə lideri bildirib.

Qeyd edək ki, Türkiyədə 30 aparıcı şəhərin bələdiyyə başçıları və digər yerli hakimiyyət orqanları seçilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə ümumilikdə 61,4 milyon seçici iştirak edəcək.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkilərin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, eləcə də könüllülər təmin edir.