Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında Yaxın Şərqdə atəşkəs qətnaməsi ilə bağlı səsvermədə bitərəf qalan 45 ölkənin lideri ilə tezliklə telefon danışığı aparacaq.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Ərdoğan diqqətini Afrika ölkələrinə yönəltmək niyyətindədir.

Xüsusilə Albaniya, Avstraliya, Bolqarıstan, Kamerun, Ukrayna, Finlandiya, Estoniya, Efiopiya və Zambiya ilə danışıqlar planlaşdırılır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası keçən ay Fələstin-İsrail münaqişəsinə dair dörd qətnamə layihəsinin heç biri ilə bağlı razılığa gəlməyib.

 

Gözəl Həşimova