"Azərbaycan neft bazarında sabitliyin tərəfdarıdır".

Bunu “Report”a açıqlamasında Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu məqsədlə qəbul edilən qərarları dəstəkləyən mövqe nümayiş etdirir.

O bildirib ki, OPEC+ nazirlərinin görüşündə bazarın bütün amillər nəzərə alınmaqla təhlili əsasında növbəti addımlar atılacaq.

Xatırladaq ki, OPEC+ sazişi 2016-cı ilin dekabr ayında imzalanaraq sonradan bir neçə dəfə uzadılıb. 2018-ci il 7 dekabr tarixində OPEC+ formatı nazirlərinin V müşavirəsi zamanı həmin ilin oktyabr ayı səviyyəsinə nisbətən günlük hasilatı 1,2 mln. barel azaltmaq barədə razılıq əldə olunub. Bunun 812 min bareli OPEC üzv ölkələrinin, 383 min bareli də qeyri-OPEC ölkələrinin payına düşür. 2019-cu ilin birinci yarısında qüvvədə olan razılaşma çərçivəsində Azərbaycan gündəlik hasilatı 20 min barel azaltmaq öhdəliyini götürüb. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub.

OPEC və qeyri-OPEC ölkələrinin növbəti görüşü iyulun 2-4-də Vyanada keçiriləcək.