Azərbaycanda bu ilin yanvar-iyul aylarında əkin sahələrinin 958,9 min hektarını və yaxud 62%-ni dənli və dənli paxlalı bitkilərin, 114 min hektarını (7,4%) texniki bitkilərin, 127,9 min hektarını (8,3%) kartof, tərəvəz və bostan bitkilərinin, 345,9 min hektarını (22,3%) yemlik bitkilərin əkin sahələri təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

958,9 min hektar sahədə əkilmiş dənli və dənli paxlalı bitkilərin 552,1 min hektarını (57,6%) buğda, 357,5 min hektarını (37,3%) arpa, 28,9 min hektarını (3%) qarğıdalı, 11,9 min hektarını (1,2%) paxlalı bitkilər, 8,5 min hektarını (0,9%) isə digər dənli bitkilərin əkin sahələri təşkil edib.