Mərkəzi Bankın məlumatına əsasən, əhalinin banklardakı əmanətləri yanvar–sentyabr aylarlnda 12 milyard 705 milyon manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, sentyabrda əhalinin əmanətləri 125 milyon manat artıb.

Qeyd edək ki, həmin dövrdə banklar tərəfindən cəlb olunan əmanətlər üzrə 450 milyon manatlıq faiz ödənilib. Bankların əmanət­lər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 125 milyon manat və ya 39 faiz artıb.

2022-ci ilin 9 ayında isə banklarda 324 milyon ma­natlıq depozit faizləri ödəni­lib. Cari ilin yanvar–avqust aylarında bankların faiz və onlarla bağlı xərcləri isə 629 milyon manat təşkil edib.