Alimlər aşkar ediblər ki, elektron siqaretlər ürək-damar sisteminə zərər verir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "MedicalXpress" saytında dərc olunan press-relizdə deyilir.

Məlumata görə, elektron siqaretdən istifadə edən insanlarda ürək xəstəliyi riski heç vaxt istifadə etməyənlərə nisbətən 19% daha yüksəkdir.

Araşdırmalara əsasən 45 aylıq müşahidə müddətində 3242 nəfərdə ürək çatışmazlığı yaranıb. Bildiriib ki, elektron siqaret ürək əzələsini sərtləşdirir və bu da ürək çatışmazlığına səbəb olur.

 

Gözəl Həşimova