Türkiyənin Tekirdağ vilayətinin Saray rayonunda un fabrikindən Antalyaya satılan 25 min 820 kiloqram məhsul yük maşınına yüklənib. Lakin aparılması nəzərdə tutulan ünvana çatdırılmayıb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsuliyyətli şəxslər Antalyaya daşınmaq üçün Tekirdağdakı un fabrikindən aldıqları yükü son nöqtəyə çatdırmayıblar. 

Şikayət daxil olduqdan sonra hərəkətə keçən Jandarma qüvvələri kamera görüntülərini araşdırıb.

Araşdırmalar nəticəsində məlum olub ki, hadisə zamanı başqa yük maşınına məxsus dövlət nömrə nişanından istifadə edilib, sürücü malları saxta sürücülük vəsiqəsi ilə qəbul edib.

İstanbulda anbarda saxlanılan həmin 26 tona yaxın un ələ keçirilib. 3 şübhəli saxlanılıb.