2023-cü ilin Noyabr ayında Azərbaycan bankların kredit portfeli 1.9% və ya 421.5 milyon manat artaraq 22 milyard 881.2 milyon manata çatıb.

Bu barədə İqtisadiyyat.az Mərkəzi Banka istinadən xəbər verir: 

 Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 54.3% (12 milyard 421.2 milyon manat);

ıı) istehlak kreditləri – 30% (6 milyard 869.7 milyon manat);

ııı) ipoteka kreditləri – 15.7% (3 milyard 590.3 milyon manat).

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 174.8 milyon manat (1.4%), 118.4 milyon manat (1.8%) və 128.3 milyon manat (3.7%) artmışdır. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 16.8% və ya 3.3 milyard manat artmışdır. Kredit portfelinin artımının 47.7%-i biznes, 33.9%-i istehlak, qalan 18.4%-i isə ipoteka kreditləri hesabına təmin edilmişdir.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir.