Əczaçılıq şirkəti "BioNTech" bu ilin ikinci rübündə 190,4 milyon avro (209,2 milyon dollar) xalis zərər elan edib. Şirkət 2022-ci ilin ikinci rübündə 1,67 milyard dollar xalis mənfəət əldə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Hesabat dövründə şirkətin gəlirləri təxminən 95% azalaraq 3,2 milyard avrodan 167,7 milyon avroya enib.

 

Gözəl Həşimova