Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) liderləri Nigerdə baş verən hadisələr ilə bağlı fövqəladə sammit çərçivəsində qapalı iclas keçiriblər.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, zirvədən sonra verilən ortaq bəyanatda Nigerdə ​​dövlət çevrilişinə cəhd və prezident Bazumun həbsi pislənib, sammitdə alınan qərarların təsdiqlənməsi üçün Afrika Birliyinə çağırış edilib.

Bəyanatda Nigerdə ​​konstitusiya quruluşunun həyata keçirilməsinə mane olanların mal varlıqlarının dondurulması, sərhədlərin bağlanması, səyahətin məhdudlaşdırılması kimi tədbirlərin tətbiq ediləcəyi də bildirilib.

ECOWAS müdafiə nazirlərinə Nigerdə ​​“konstitusiya quruluşunun bərqərar edilməsi üçün” ehtiyatda olan hərbçiləri hazırlamağı tapşırıb.

Bildirilib ki, son çarə kimi güc tətbiqi də daxil olmaqla, bütün variantları müzakirə etmək olar.