Uqanda Ebola virusuna qarşı hazırlanmış Sabin peyvəndinin ilk partiyasını alıb.


İqtisadiyyat.az xəbər verir ki, Uqandanın səhiyyə naziri Ceyn Rut Aceng ABŞ Sabin Vaksin İnstitutu tərəfindən istehsal edilən 1200 doza Ebola vaksinin ölkəyə çatdığını açıqlayıb.

Aceng, virusa qarşı hazırlanmış Oksford və Merck peyvəndlərinin yaxın günlərdə Uqandada da sınaqdan keçiriləcəyini söyləyib.

Ölkədə ilk peyvəndin nə vaxt başlayacağı hələlik açıqlanmayıb.

Sentyabr ayından bəri Ebola epidemiyasının müşahidə olunduğu Uqandada virusdan 56 nəfər ölüb.