Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pasportu dünyanın "ən güclü" pasportu adına layiq görülüb.

Sənəd dünyanın 121 ölkəsinə vizasız girişi təmin edir. Sənədin mobillik reytinqi Kanadanın Arton Capital konsaltinq şirkəti tərəfindən tərtib edilib .

BƏƏ pasportu reytinqin lideri adlandırılıb. - Yaxın Şərq dövlətinin vətəndaşlarına yalnız dünyanın 18 ölkəsinə səfər etmək üçün viza lazımdır. Sənəd sahibləri 121 ölkəyə vizasız giriş hüququna malikdirlər, digər 59 ölkədə isə giriş icazəsi onlara gəldikdən sonra verilir.

İkinci yeri isə Almaniya, İsveç, Finlandiya, Lüksemburq, İspaniya, Fransa, İtaliya, Hollandiya, Avstriya, İsveçrə və Cənubi Koreya bölüşür.