Çin dünyanın ən böyük üzən günəş elektrik stansiyasının tikintisinə başlayıb.

Bu barədə İqtisadiyyat.az “Itsai Global”-a istinadən xəbər verir.

Elektrik stansiyası, Şandunq əyalətinin şərqindəki Quanqli limanının sularında yerləşəcək. Layihənin tamamlanma tarixi açıqlanmayıb. İstifadəyə verildikdən sonra stansiya ildə 1,78 milyard kilovat-saata qədər elektrik enerjisi istehsal edə biləcək. Bu isə kömür istehlakının 594,5 min ton azalmasına bərabərdir.

Qeyd edək ki, Çinin ilk üzən günəş elektrik stansiyası Şandun əyalətində tikilib və bu ilin may ayında istifadəyə verilib.