Dünyanın ən böyük neft ehtiyatlarına malik olan Venesuela tədarükü artırmağa başlayıb.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, sentyabrda Venesueladan neft ixracı gündəlik 800 min bareli ötüb ki, bu da ilin ikinci ən böyük göstəricisidir.

Qeyd edək ki, Venesuela dünyada ən böyük neft ehtiyatlarına malik ölkədir. Lakin ölkə son on ildə texnologiyaya çıxış problemi və sanksiyalar səbəbindən təbii sərvətdən yararlana bilməyib. Cari nəticə ABŞ hakimiyyətinin keçən ilin noyabrında Venesuela neftinin hasil edilməsinə icazə verməsi ilə əldə edilib.

 

Gözəl Həşimova