"Dünyada 2030-cu ilə qədər neft tələbi maksimum səviyyəyə çatacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol “Le Monde” qəzetinə müsahibəsində deyib.

"Neftə tələbin 2030-cu ilə qədər pik həddə çatacağına güman edirik. Mən alternativ enerjinin inkişafının tərəfdarıyam. Xüsusilə, Afrika ölkələri günəş, külək və suyun enerjisindən istifadə edərək, elektrik enerjisinə olan tələbatının 95%-ni təmin edə bilər. Afrikada enerjinin inkişafı üçün ildə təqribən 23 milyard avro həcmində investisiyalar tələb olunacaq", - deyə Birol bildirib.

 

Gözəl Həşimova