Londonun ICE birjasında bir ton kakaonun qiyməti 5009 dollara qalxıb ki, bu da 1977-ci il iyulun 20-dən bəri ən yüksək səviyyəyə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “MarketWatch” portal məlumat yayıb.

Məlumata görə, Qərbi Afrikada kakao hasilatı məhdud olaraq. Bu da qiymətlərə təsir edib.

Qeyd edək ki, ötən il Azərbaycana kakao idxalı 111,2 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova