Azərbaycandan bu ilin yanvar-avqust aylarında 195 min ton neft koksu ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,17 dəfə çoxdur.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 52,3 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 29,2 milyon dollar çoxdur.

 

Gözəl Həşimova