İsrail-HƏMAS arasında münaqişəsinin kəskinləşməsindən sonra beynəlxalq marşrutlarda aviabiletlərə tələbat azalıb.

İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir ki, bu barədə "ForwardKeys" konsaltinq şirkəti məlumat yayıb.

Məlumata görə, oktyabrın 7-dən aviabilet sifarişlərinin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20% azdır. Bu dövrdə ilk növbədə Yaxın Şərq regionuna aviabilet satışı kəskin azalıb.

 

Gözəl Həşimova