ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 3,19 dollar və ya 4,12% artaraq bir barelə görə 80.61 dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI markalı neftin bir barelinin qiyməti 2,99dollar və ya 4,1% artaraq 75.89 dollara yüksəlib.