"Dünya Bankı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) layihəsində iştirak edən ölkələrin hökumətləri ilə maliyyələşmənin həcmini müəyyən etmək üçün danışıqlar aparır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa və Mərkəzi Asiya üzrə İnfrastruktur üzrə regional direktoru Çarlz Kormier bildirib.

Onun sözlərinə görə, təşkilat Gürcüstan hökuməti ilə Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi layihəsi üzərində işləyir:

"Bu dəhliz milyardlarla dollar tələb edəcək və ideya qısa müddətdə hansı seqmentlərə sərmayə qoymağın məqsədəuyğun olduğunu başa düşməkdir. Biz hökumətlərlə danışıqlar prosesindəyik və onlardan nə tələb etdikləri barədə məlumat gözləyirik. Biz digər maliyyə institutları kimi dəhliz layihəsini maliyyələşdirmək istəyirik”.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir. 

 

Gözəl Həşimova