Dünya Bankı 1973-cü il neft şokunun təkrarlandığını etiraf edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankın hesabatında deyilir.

“İsrail və HƏMAS qruplaşması arasında müharibə qızışarsa, neftin birja qiyməti bir barel üçün 157 dollara qədər yüksələ bilər .

Yaxın Şərqdə hərbi münaqişənin coğrafiyasının kəskin şəkildə genişlənməsi və bir sıra regional dövlətlərin buna cəlb olunması ilə qlobal enerji bazarı xammal təchizatında ciddi fasilələrlə üzləşə bilər. Bu halda ümumi itkilər gündəlik 6-8 milyon barel səviyyəsində qiymətləndirilir. Miqyas baxımından belə bir azalma 1973-cü ildə ərəb neft embarqosu ilə müqayisə oluna bilər.

Yaxın Şərqdəki münaqişə səbəbindən xammal tədarükündə kiçik fasilələr olsa belə, qlobal səviyyədə tədarükün azalması gündə 500 mindən 2 milyon barelə qədər ola bilər. Bu vəziyyətdə neftin birja qiymətləri 93-102 dollar diapazonunda olacaq ki, bu da əlavə inflyasiya təzyiqi yaradacaq”, - məlumatda deyilir.

 

Gözəl Həşimova