Dövlətlərarası Aviasiya Komitəsi (IAC) Yevgeni Priqojinin təyyarəsinin Tver vilayətində qəzaya uğraması ilə bağlı araşdırma aparmır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə IAC açıqlama yayıb.

"Çoxsaylı sorğular alırıq. Bildiririk ki, biz 23 avqust 2023-cü ildə Tver vilayətində "Embraer Legacy" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma aparmırıq və insidentlə bağlı şərh vermirik", - komitənin açıqlamasında bildirilir.

Qeyd edək ki, avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçan "Embraer" sərnişin təyyarəsi Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə on nəfər olub, onların hamısı hadisə zamanı həlak olub. Faktla bağlı hava təhlükəsizliyi qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb.