Azərbaycan-Ermənistan dövlət sərhədini pozmuş şəxs saxlanılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

"Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.