ABŞ Dövlət Departamentinin müşaviri Derek Çollet noyabrın 1-də Yaxın Şərq münaqişəsinin həlli üzrə tədbirləri müzakirə etmək üçün İsrailə, ardınca İordaniya və Türkiyəyə səfər edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət Departamentinin müşaviri Derek Çollet ABŞ-nin İsraillə həmrəyliyə sadiqliyini təsdiqləmək və onun beynəlxalq humanitar hüquq çərçivəsində özünü müdafiə etmək hüququnu dəstəkləmək üçün bu gün İsrailə səfər edəcək", - bəyanatda deyilir. 

Qeyd olunur ki, müşavir tərəfdaşlarla münaqişənin genişlənməsinin qarşısının alınması, girovların azad edilməsi və Qəzza zolağına humanitar yardımın çatdırılması imkanlarını müzakirə edəcək.

Çollet daha sonra İordaniya və Türkiyəyə səfər edəcək.