"Birləşmiş Ştatlar Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib.

"Ermənistanla Azərbaycan arasında davamlı sülhün mümkün olduğuna inanırıq. Bu, Dövlət Departamentinin çalışacağı bir məsələdir. Lui Bono, dövlət katibi və digərləri bu işlə fəal məşğuldurlar", - Patel qeyd edib.