Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”- MOİK oyunundan əvvəl çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir: “Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.