Ötən il Azərbaycan 115,7 milyon dollar dəyərində diri heyvan idxal edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ölkənin diri heyvan idxalına çəkdiyi xərc illik müqayisədə 49 % çoxdur. Bununla da Azərbaycanın diri heyvan idxalına çəkdiyi xərc son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Azərbaycanın diri heyvan idxalına çəkdiyi xərc belə olub:

İllər

Xərc

2014

52,3 milyon dollar

2015

51,6 milyon dollar

2016

28,6 milyon dollar

2017

49,3 milyon dollar

2018

57,5 milyon dollar

2019

59,7 milyon dollar

2020

68,3 milyon dollar

2021

56,8 milyon dollar

2022

77,7 milyon dollar

2023

115,7 milyon dollar

 

Gözəl Həşimova