Çinin ən böyük sahil mühafizə gəmisi, ölçüsünə görə "canavar" ləqəbi alan CCG 5901 Filippinin Cənubi Çin Dənizində (SCS) 200 millik eksklüziv iqtisadi zonasının sularına daxil olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "GMA News" məlumat yayıb. 

Filippin Sahil Mühafizəsinin komandiri Cey Tarriela bildirib ki, CCG 5901 Filippin Sahil Mühafizəsinin mövcudluğunu qoruduğu Escoda Shoal bölgəsində peyda olub: "Bizi qorxutmağa icazə verməyəcəyik". 

Tarriela qeyd edib ki, Filippin sahil mühafizə gəmisi Teresa Maqbanua radio vasitəsilə Çin gəmisi ilə əlaqə yarada bilib: "Radio vasitəsilə onların sularımıza girməsinə etiraz etdik, onlara lövbər atdıqları yerin əslində ölkəmizin müstəsna iqtisadi zonasının bir hissəsi olduğunu və bu ərazidə onların heç bir yurisdiksiyasının olmadığını bildiririk. Onlar bu sular üzərində də suverenliklərinin olduğunu və deyirlər", - o əlavə edib.