Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Gəncə şəhəri ərazisində keçirdikləri tədbir zamanı çirkab suların torpağa axıdılması faktı aşkar olunub.

Bu barədə İqtisadiyyat.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə) maddəsinin tələblərini pozduqlarına görə şəhər sakini olan 5 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.