Bu gündən Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Gəncə Şəhər Təhsil İdarəsi məktəbdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı oxu.az-a təsdiq edib.

Bildirilib ki, təhsil ocağında bir müəllim, bir şagird və iki texniki işçidə COVID-19 virusuna yoluxma aşkar edilib.

Bu səbəbdən məktəb 14 gün müddətinə karantinə bağlanıb.