Çörək və unlu məmulatların istehsalı sexində nöqsanlar aşkar olunub.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Agentlik əməkdaşları tərəfindən Şamaxı şəhəri, N.Nərimanov küçəsində fəaliyyət göstərən çörək və unlu məmulatların istehsalı sexində yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, həmçinin mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.