“Yanvarın 20-də Azərbaycanda ölkənin milli iradəsini darmadağın etmək istəyən təcavüzkarların zorakılığı nəticəsində faciəvi şəkildə həlak olmuş 147 günahsız insanın xatirəsi ehtiramla yad edilir”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “X” sosial media platormasındakı hesabında paylaşım edib.

O qeyd edib ki, hüznə baxmayaraq, əzmkar Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizədə əzmkarlıq nümayiş etdirib: “İsrail xalqı hər gün olduğu kimi bu gündə də Azərbaycan xalqının yanındadır”.