ABŞ prezidenti Co Bayden İordaniyadakı Amerika hərbi bazasına pilotsuz təyyarə ilə hücumu şərh edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Lider zərbəni İranın dəstəklədiyi radikalların üzərinə atıb.

“Biz hələ hücumla bağlı bütün faktları toplamasaq da, bunun İranın dəstəklədiyi Suriya və İraqda fəaliyyət göstərən radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bilirik”,- deyə Bayden bildirib.  

Xatırladaq ki, ötən gün axşam saatlarında pilotsuz uçuş aparatı İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına zərbə endirib. Hadisə nəticəsində 3 amerikalı əsgər ölüb, 20-yə yaxın əsgər isə yaralanıb.

 

Əli Ağayev